Dünən Göygöldə baş verən qəzada xəsarət alan sürücü bu gün xəstəxanada ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, "Tofaş" markalı avtomobilin dərəyə aşması nəticəsində ölən şəxs 1964-cü il təvəllüdlü Bayramov Asif Hümbət oğludur.
Asif Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsinin sədri idi.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az