Göygöldə bələdiyyə sədri vəfat edib

25 İyun 2022 21:46

Dünən Göygöldə baş verən qəzada xəsarət alan sürücü bu gün xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Tofaş" markalı avtomobilin dərəyə aşması nəticəsində ölən şəxs 1964-cü il təvəllüdlü Bayramov Asif Hümbət oğludur.

Asif Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsinin sədri idi.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az