Cəmiyyət

Rəis müavininin gəlininin müəmmalı ölümü: Anası nələr danışdı?

16 İyun 2022 22:21
0 Şərh     Baxış: 1 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ilin avqustunda Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyevun gəlini Nəbizadə Turan Məmmədəli qızı yaşadığı binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar etmişdi.

Anası Yeganə Aslanova 1990-cı il 26 may təvəllüdlü qızı Turanın ölümündə Rauf Tağıyev və ailəsini günahlandırırdı.

Məsələ ilə bağlı Aslanovlar ailəsi məhkəməyə də müraciət etmiş və Tağıyevlər ailəsinin intiharda əli olduğu barədə iddia irəli sürmüşdü. Hadisənin üzərindən 1 ilə yaxın keçib.

Yeganə xanım cebhe.info-ya müraciət edərək işin bağlandığını söyləyib: "Biz buradan - Rusiyadan Kamran Əliyevə şikayət məktubu yazdıq. Oradan cavab gəldi ki, artıq bu iş bağlanıb. Biz yenidən Bakıya gəlib şikayət verəcəyik. Elə burada ürəyim parçalana-parçalana yaşayıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.