Cəmiyyət

Hər şeyi mikroba oxşayan Əli Həsənov elədi - Balayev

31 May 2022 23:54
4 Şərh     Baxış: 3 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədliyim təklif olunanda öncə çəkindim. Amma sonra İttifaqın ümumi işi baxımından razılıq verdim. Rüstəmdən (İbrahimbəyov - red.) sonra işləmək asan deyil. Məni seçən hər kəsə təşəkkür edirəm.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kinematoqrafçılar İttifaqının yeni sədri Rasim Balayev deyib.

"Hamının birgə iştirakı ilə işimizi qurmağı arzulayıram. Kino İttifaqını dağıtdılar. Dedilər, digər ittifaqa keçməsən, işdən çıxaracaqlar. Hər şeyi mikroba oxşayan Əli Həsənov korladı. Rüstəmə qarşı oyunlar oynanıldı, Əkrəm Əylisini məhv elədilər. Rüstəm möhkəm adam idi. Dedi, mən bütün bunlara dözəcəm, sən özünü gözlə. Nəhayət sonradan hər şey üzə çıxıdı. Ən böyük itkimiz onu itirməyimiz oldu. Rüstəm kimi adam tapılmayacaq. Mikroba oxşayan adamdan isə çox olacaq", - o söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.