Cəmiyyət

Ramazan ayı başladı - Bazarda xurmanın qiyməti neçəyədir? - VİDEO

4 Aprel 2022 14:06
0 Şərh     Baxış: 1 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan süfrəsinin vazkeçilməz nemətlərindən biri də xurmadır. Çünki oruc tutanlar iftarı adətən xurma ilə açırlar. Ona görə də Ramazan deyəndə ağla həm də xurma gəlir. Əməkdaşlarımız paytaxt bazarlarında olublar, bu gözəl meyvənin qiymətləri ilə maraqlanıblar. Kilosu 60 manata belə xurma var.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, dadı özünəməxsus, bol enerjili, faydası çox, tərkibi minerallarla zəngin... Özü də Ramazan ayının simvollarından biri.

11 ayın sultanı olan Ramazanda iftar və sahur süfrələrinin vazkeçilməzi. Söhbət əlbəttə ki, xurmadan gedir.

Ramazan ayında ən çox tələbatın olduğu meyvələrdən biri də xurmadır. Bu məhsula bazarda müxtəlif çeşid və qiymətlərdə rast gəlinir.

Bazarda hər qiymətə və hər keyfiyyətdə xurma tapmaq mümkündür. Bir kilosunu 60 manata təklif edənlər də var.

Satıcılar deyirlər ki, qiymətlər xurmanın növünə və gətirildikləri ölkələrə görə dəyişir. Bununla yanaşı, xurmanın ölçüsü də qiymətinə təsir edir.

Qeyd edək ki, gün ərzində uşaqların 3, böyüklərin isə maksimum 7 ədəd xurma qəbul etmələri onların günlük mineral və vitaminlərə tələbatlarının bir qismini təmin edir. Xurma bədəni və zehni gücləndirir, damar qalınlaşması və xolesterinə qarşı qoruyucu rol oynayır, böyrək iltihabına və daşlardan təmizlənməsinə müsbət təsir göstərir. Xurma istehlakı, həmçinin dərini qidalandırır, günəş ləkələrini yox edir, qanda şəkərin miqdarını tənzimləyir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.