Cəmiyyət

Suqovuşanda silah-sursat aşkarlanıb

28 Mart 2022 14:06
0 Şərh     Baxış: 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə tərk edilmiş hərbi mövqelərdən silah-sursatın toplanması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xİdmətindən Milli.Az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı Suqovuşan qəsəbəsindən silah-sursat aşkar edilib.

Tapılan 1 avtomat, 2 daraq və 46 ədəd patron aidiyyəti üzrə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.