Cəmiyyət

Hostel fəaliyyətinə görə nəzarət-kassa aparatının çeki təqdim edilməlidirmi?

20 Mart 2022 23:34
0 Şərh     Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hostel fəaliyyəti üzrə müştərilərdən alınan ödənişlərə görə nəzarət-kassa aparatının çeki təqdim edilməlidirmi?

Dövlət Vergi Xidmətindən Milli.Az-a bildirilib ki, Vergi Məcəlləsinə görə, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə yanaşı, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəlik salonları və kosmetoloji mərkəzlər əhali ilə pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməli olan vergiödəyicilərinə aid edilib.

Qeyd edilənlərə əsasən, hostel fəaliyyəti üzrə müştərilərdən alınan ödənişlərə görə onlara nəzarət-kassa aparatının çeki təqdim olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.