Cəmiyyət

Əsgərlikdən qayıdıb bu gün dəm qazından ölən Süleymanın FOTOsu

19 Yanvar 2022 22:20
0 Şərh     Baxış: 1 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunun Müdrüsə kəndində 20 yaşlı gənc dəm qazından zəhərlənərək ölüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, kənd sakini, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Faiq oğlu yaşadığı evin hamamında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının buraxdığı dəm qazı səbəbindən zəhərlənib.

Valideynləri onu xəstəxanaya çatdırsa da, artıq gec olub.

İki gün öncə hərbi xidmətini başa vuraraq evə qayıdan Süleyman Hüseynovun yanvarın 24-də 20 yaşı tamam olacaqmış.

Süleymanın fotosunu təqdim edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.