Cəmiyyət

Bakıda bir neçə marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir

31 Dekabr 2021 17:54
0 Şərh     Baxış: 1 001
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə Azneft, Dənizkənarı bulvar - Neftçilər prospekti boyunca kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğundan bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, 1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 59, 61, 65, 88, 125, 127, 175, 205, M3 və H1 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.