Cəmiyyət

Naxçıvan Qarnizonu Qoşunlarında bayram tədbirləri keçirilir - FOTO

25 Dekabr 2021 19:53
Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bayram tədbirləri Naxçıvan Muxtar Respublikasında yerləşən bütün birləşmə, hissə və bölmələrdə, Təlim-Tədris Mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında təşkil olunub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissələrindən birində keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının ictimaiyyət, mədəniyyət və mətbuat nümayəndələri şəxsi heyətin sosial-məişət şəraiti və döyüş növbətçiliyi ilə tanış olub, dərs və məşğələləri izləyiblər.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabitləri və ictimaiyyət nümayəndələri çıxış edərək şəxsi heyəti təbrik edib, yeni-2022-ci ilin daha böyük uğurlarla yadda qalmasını arzulayıblar. Çıxışlar zamanı bildirilib ki, milli birliyimiz, həmrəyliyimiz 44 günlük Vətən Müharibəsində qazanılan qələbədə özünü bir daha göstərdi. Bu birliyin hesabına 30 ilə yaxın düşmən əsarətində olan torpaqlarımız işğaldan azad edildi. Şanlı Zəfər qazandıq.

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının üzvləri əsgərlər qarşısında çıxış edərək şəxsi heyətdə xoş ovqat yaradıblar.

Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən bayram ovqatlı silsilə tədbirlər davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.