Şou-biznes

İbrahim Tatlısəs gənc aktrisaya heyran qaldı: Estetik etdirmə!

28 Noyabr 2021 15:07
1 Şərh     Baxış: 25 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni İbrahim Tatlıses gənc aktrisaya təriflər yağdırıb.

Milli.Az sfera.az-a istinadən bildirir ki, ifaçı "Aziz" adlı serialın qəhrəmanı, Efnan obrazını canlandıran Simay Barlasla bağlı fikirlərini sosial media hesabından bölüşüb.

"Bütün digər seriallarda iştirak edən qadın aktrisalardan xahiş edirəm: "Aziz"də rol alan Efnan qızımı örnək alsınlar, oraları-buraları ilə oynamasınlar. Baxın simasına, demək olar ki, makiyaj yoxdur, tər-təmiz, duru üzü var. Ümid edirəm, Efnan qızım da başqalarının sözünə qulaq asıb estetik etdirməz. Belə sadə və təmiz qalar", - deyə Tatlıses əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.