Şou-biznes

Hakim Britni Spirslə bağlı qərar verdi

13 Noyabr 2021 14:54
0 Şərh     Baxış: 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hakim müğənni Britni Spirsin atası Ceymi Spirslə bağlı son qərarı verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı atasının qəyyumluğundan xilas olub. Britni 13 ildən sonra azad yaşayacaq.

Müvəqqəti olaraq mühasib Con Zeybl vəzifəsini icra etməyə davam edəcək. Bildirilib ki, bu qərarın verilməsinə səbəb Britninin pullarının idarəsini və bəzi sənədləri rəsmiləşdirmə işlərinin bitirilməsidir.

Bundan əvvəl Spirsin pərəstişkarları əllərində "Britniyə azadlıq" yazıları yer alan plakatlarla məhkəmə önünə yığışıblar.

Hakimin qərarından bir neçə dəqiqə sonra müğənninin atasının ərə getməyə icazə vermədiyi sevgilisi instaqramda paylaşım edib. O, "Azadlıq" qısa şərhini yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.