Şou-biznes

İlqar Muradov: "Yaxşı toylardan deyil, yaxşı konsertlərdən danışaq"

4 May 2010 14:09
Baxış: 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanın daxili musiqi bazarı çox aşağı səviyyədədir. Əksər musiqiçilərin anlamında şou-biznesdən qabaq toy durur. Bir növ dahi sənətkarların məktəbinə əsaslanaraq, heç vaxt toy musiqisini peşəkar saymamıışam. Hər zaman çalışmışam ki, yaxşı toylardan deyil, yaxşı konsertlərdən danışım".

Milli.Az-ın verdiyi xəbərə görə, bu barədə əməkdar artist İlqar Muradov Day.az radiosuna açıqlamasında deyib.

Bundan əlavə, İ.Muradov toyda müğənnilərin öz repertuarlarından deyil, başqa bir müğənninin repertuarına müraciət etdiyini də qeyd edib: "Düşünürəm ki, gənclərə yaxşı musiqini təbliğ etsən, yaxşı musiqini də dərk edəcəklər. Yoxsa, təlabat deməklə, bəhanə gətirmək lazım deyil. Çox vaxt toya çağrılan müğənnilər öz repertuarlarından deyil, başqa bir müğənninin repertuarına müraciət edirlər. Axı, camaat müğənnini öz repertuarına görə, toyuna çağırır."

Müğənni İ.Muradov bəstəkar Aygün Səmədzadədən yeni mahnılar oxuyacağını da bildirərək, musiqidə demokratiyanın hökmranlıq etməsinin tərəfdarı olduğunu bildirdi. Onun fikrincə, musiqidə improvizasiya olmasa, onun genişliyini sübut etmək olmayacaq.

Fuad Mədətov
Milli.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.