Şou-biznes

Rusiyada müalicə Xatirəyə baha başa gəlib

6 Oktyabr 2021 17:36
5 Şərh     Baxış: 2 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyaya müalicəyə gedən müğənni Xatirə İslam Bakıya qayıtdığını bildirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Moskvada qalmağın ona baha başa gəldiyini deyib.

"Gedək doğma vətənimizə, evimizə. Bu ruslar cibimizdə pul qoymadı qalsın.Camaat burada pul qazanıb, Bakıya aparır. Bizdə tərsinədi" deyə, Xatirə paylaşımında qeyd edib.

Qeyd edək ki, sənətçi bir müddət əvvəl ana olmaq istədiyini bunun üçün müalicə aldığını açıqlamışdı. "İki ildən artıqdır ki, müalicələr edirəm. Xanımlar bilir ki, hormonal dərmanlar ziyandır. İki il fasiləsiz onlardan istifadə etmişəm ki, yenidən ana olum. Hər dəfə yazırlar Xatirə ana olacaq. Normal qadınam, olmalıyam. Amma olanda açıqlayacam. Keyfiyyətsiz həkimlərin müalicəsi nəticəsində 20 kiloqram çəki aldım.

İndi ikinci dəfə ana olmaq yolunda sonuncu addımı atmışam. Son şansımdır. Ortada heç nə yoxdur, amma çalışıram. Müalicə gedir" deyə, Xatirə açıqlamasında qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.