Şou-biznes

Fərda Xudaverdiyev: “Vaxtı gələndə hamısını oğullarıma özüm danışacağam”

23 Sentyabr 2021 20:24
6 Şərh     Baxış: 1 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Fərda Xudaverdiyev "Muz" telekanalında yayımlanan "Üzə-düz" verilişində şəxsi həyatından danışıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyor bildirib ki, keçmiş yoldaşı ilə aralarında sevgi olmayıb:

"Qayğısızlıq, çox danışmaq, sevgi görməmək məni bu hala gətirib çıxarıb. Əgər bir münasibətdə xəyanət varsa, onun da səbəbkarı məhz qadındır. Ailə möhkəm olmalıdır. Çalışın ailənizi qoruyun. Xoşbəxtlik gəlinlik, bəylik geyinmək deyil. Hər deyilən sözlərdən qırılmaq lazım deyil. Əgər ayrılmaq istəsəydim, 7 il evli qalmazdım. Bu, Allahın qisməti idi".

"Vaxtı gələndə yaşadıqlarımın hamısını oğullarıma özüm danışacağam. Zaman hər şeyi göstərəcək haqlıyam, yoxsa haqsızam. Bu gün tam olaraq xoşbəxtəm", - deyə Fərda Xudaverdiyev qeyd edib.

Xatırladaq ki, aktyor Fərda Xudaverdiyev ilk həyat yoldaşından ayrılaraq ikinci dəfə ailə həyatı qurub. Onun ilk nikahından iki, hazırkı evliliyindən də iki oğul övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.