Aktrisa Xəyalə Quliyeva plastik əməliyyatdan sonrakı fotolarını bölüşüb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib.
İzləyiciləri aktrisanın üz hissəsinin çox dəyişdiyini vurğulayıblar.
"Qadın fransız ətrinə bənzəməlidir: gözəl qoxmalı, dəyərli görünməli və hər kəs üçün əlçatan olmamalıdır" deyə, Xəyalə fotolarından birinə yazıb.
Milli.Az