Şou-biznes

Zeynəb çətin günlərindən danışdı: “Ət ala bilmirdik” - VİDEO

30 İyun 2021 14:10
3 Şərh     Baxış: 3 457
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Zeynəb Həsəni olub.

Milli.Az xəbər verir ki, ifaçı ailəsinin maddi sıxıntılarına görə çətinlik çəkdiyini etiraf edib:

"Ailəmizdə maddi sıxıntılar vardı. Çatdıra bilmirdik. Yemək qıtlığından əziyyət çəkirdik. Həmişə düşünürdüm böyüyəndə elə edəcəm ki, evimizdən ət əskik olmasın. Ümumiyyətlə ət sevən deyiləm. Amma, artıq evimizdə həmişə ət var. Məktəbdə oxuya-oxuya işləyirdim. Paltar ala bilmirdim. 1 paltarı həm məktəbə geyinirdim, həm işə gedəndə geyinirdim. İstədiklərimi əldə etmək üçün çox əziyyət çəkdim. Bu gün də nəticəsi olaraq bir çox şeylər əldə etmişəm".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.