Şou-biznes

"Müştərinin o sözləri təhqir kimi gəldi"

22 İyun 2021 20:00
0 Şərh     Baxış: 1 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hər yerdə qiymətlərin qalxması özünü göstərir. Amma bir musiqiçilərə gələndə qiymət öldürülür. Bir nəfər zəng etdi ki, evimdə məclis var, gücümüz bu məbləğə çatır. Onsuz da oturmusuz evdə, gəlin bu qiymətə oxuyun. Dedim ki, eybi yox, oturaram evdə. Amma bu məqamdan istifadə etməyin. İnsana təhqir kimi gəlir. Deyə bilərsiz ki, imkanım yoxdur. Amma deməyin ki, evdə oturub nə edəcəksən?".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı MTV-yə açıqlamasında deyib. Sənətçi məclis qiymətini endirməyin tərəfdarı olmadığını deyib. Xuraman bildirib ki, restoranlarda şou-proqramlara da getmir:

"Sənət dostlarıma deyirəm ki, bir-birinizə hörmət edin. Efirdə, İnstaqramda bir-birinizi danlamayın. Mətbəxi açıb tökməyin. Bu yaxınlarda restoranlardan təklif gəldi, içki də yox idi. Pula ehtiyacım var, dörd övlad saxlamaq asan iş deyil. Zamanında beş mahnıya o qonorarı alırdımsa, burada deyirdilər, gəl 2 saata o məbləğin yarısını veririk. Özümə sığışdırmadım, adiləşəcəyimi düşündüm. Gərək qalxdığın yeri saxlaya biləsən.

Rusiyada gedib təqvimlə toy oxuyub, münasib qiymətə edənlər ağıllıdır. Fikirləşir ki, buradayam, bilet pulu ödəmirəm. Nə etsin? Buradan ora gedib, biri var 10, biri də var 15 manatla qayıtsın". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.