Şou-biznes

"Ömrümün sonuna qədər qabağınızda əyilməliyəm? - VİDEO

21 İyun 2021 13:04
Baxış: 1 630

"Məni tanıyanlar bilir ki, yalançı deyiləm. Tamaşaçı qarşısında yalan danışmaq düzgün hərəkət deyil. Biz çörək kəsməmişik, məni yalançı adlandırırsan? Onun dediyi biznesmen xanım bu gün də sağdır. Ona da yığıb soruşa bilərik ki, necə tanış olmuşuq. Təranə xanımın evində tanış olduq, düz deyir. ATV kanalında veriliş aparırdı, məni dəvət edib. Amma səndən qabaq İzzət Bağırov məni konsertlərinə, kliplərinə dəvət edib. Etmisiz, Allah canınızı sağ eləsin. Ömürboyu başıma vurmalısınız?".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "ATV maqazin onlarla" proqramında deyib. O, müğənni Rəhim Rəhimlinin onun haqqında dediklərinə cavab verib. Fatimə iddia edib ki, Rəhim onun efirə çıxmasına yardım etməyib:

"Gətirib qazancımı sizə verməliyəm? Ömrümün sonuna qədər qabağınızda əyilməliyəm? Mənim əlimdən tutub səhnəyə ilk gətirən anam olub. Şou-biznesin qapısını açmağıma isə İlqar Xəyal yardım edib. Heç haradasa danışdığını görmüsüz? Heç kimdən qorxmuram, Fatimə ana, nənədir. Bu pilləyə çatana qədər çox əziyyətlər çəkmişəm. Bura çatana kimi Rəhim kömək etməyib. Mən də kimlərisə stilist etmişəm, əlləri çörəyə çatıb. Durum deyim, səni mən tanıtmışam?".

Fatimə Rəhimin "Heç bir ailə məclisində olmamışam. Bilərəkdən getməmişəm" sözlərinə "Rəhimə demişdim ki, qızımın toyu olanda orada iştirak edərsən. Elə toy oldu ki, orada Elton Hüseynəliyev və Mətanət İsgəndərli oldu. Oğlumun toyuna gəldikdə isə, o qədər dostlar var ki. Rəhim orada olmasa toy olmayacaq?" cavabını verib.

Rəqqasə ifaçının "Toya dəvət etdi. Mənə dedi ki, sənin qonorarınü stünə pul qoya bilərəm? Ayıbdır" sözlərinə əsəbiləşib:

"Ona dedim ki, qiymət budur, menecerimə isə nə istəsən verərsən. Onun meneceri də mənimkinə 300 manat verib. Amma sonra Rəhim MTV-də işləyəndə ona klipimi yayımlamağı dedim. Məndən pul istədi. Ayıb nədir?".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.