Şou-biznes

"Mən məclis aparanda orada canımı qoyuram" - Sənətçi qiymətini qaldıracaq

12 İyun 2021 09:59
Baxış: 907
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qiymət baxımından bilirsiniz ki, restoranlar da qiymətləri qaldırıb. Ümumiyyətlə hər bir şeyin qiyməti qalxıb. Baxmayaraq pandemiya dövründə insanlar çökdü, amma maşallah olsun bizim xalqımız şən gününə hər zaman pul tapır, Allah yetirir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Rəqqasə Fatimə Fətəliyeva "MTV" kanalına açıqlamasında deyib. Sənətçi pandemiyada əziyyət çəkmədiyini bildirib:

"Şəxsən mən bu müddətdə əziyyət çəkmədim. Pandemiyada fəst-fud məkanı açdıq, restoranımız karantin müddətində də çalışırdı. Mənim də gördüyüm işlər göz önünüdədir.

Mən məclis aparanda orada canımı qoyuram. Bunun üçün də düşünürəm ki, xınayaxdımın paket qiymətləri normaldır. Endirim isə olmayacaq, əksinə qalxacaq, amma enməyəcək". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.