Şou-biznes

"Rusiyada toya burdakından da baha gedirik"

21 May 2021 18:10
Baxış: 2 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Könül Kərimova sənət adamlarının Rusiyada toylara ucuz getməsi məsələsinə münasibət bildirib.

Milli.Az big.az-a istinadən xəbər verir ki,müğənni "Günün sədası" proqramında ifaçıların orada ancaq yarım və 1 saatlıq toylara getdiyini deyib:

"Rusiyaya gedən müğənnilərin hərəsi bir qonorar tələb edir. Burada bütöv toy deyil. Çünki onlar bir ifaçını çağırıb, axıra qədər ona qulaq asmırlar. Yarım və 1 saat gedirik. Burada neçəyə gedirdiksə, qiymət eynidir və hərdən artıq da olur. Çox yanlış fikir formalaşdırılıb. Hələ müğənni toyda qəşəng şabaş da yığır. Orada belə bir hörmət də var. Müğənniyə hörmət xatirinə pul da verirlər".

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova Rusiyaya toya gedən sənət adamlarının ucuz qiymətə toy və konsertlərə getdiyini söyləyib. Sevil və Sevinc Səfərova bacıları isə "Göyərti qiymətinə toya gedirlər" sözləri ilə gündəmə gəlmişdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.