Şou-biznes

Nura məktəblərin açılmasına qarşı çıxdı: “İnsanları düşünmürlər“

18 May 2021 16:22
Baxış: 1 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mənə çox maraqlıdır, kim düşünüb məktəbləri yay tətilinə çıxmasına 20-30 gün qalmış Formulaya görə bağlanmış şəhərimizi nəzərə almayaraq açmağı? Adi insanları düşünən var?".

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri deyib. O, uşaqların onlayn dərslərə çətinliklə öyrəşdiyini vurğulayıb:

"Uşaqlar güc-bəla ilə online dərslərə öyrəşiblər. İmtahan bir tərəfdən yorur, digər tərəfdən də səhər, o cümlədən dərsdən qayıdanda saatlarla tıxacda olurlar, ağızlarına 8 saat maska taxırlar, uşaqlara bu əziyyəti verməkdə məqsəd nədir? Camaat işə necə gedib-gəlsin? Bu isti havada insanlar niyə əziyyət çəksin?

Onsuz da 2020-ci ilin martından əziyyət çəkirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.