Şou-biznes

Əməkdar artist TƏBİB-ə səsləndi - Teatrları açın

6 May 2021 09:44
Baxış: 1 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Deyilənə görə, brifinq olacaq. TƏBİB-də kimin teatrla maraqlanıb maraqlanmadığını, sevib sevmədiyini bilmirəm. Soruşsan, deyəcəklər ki, vaxt var? Bizdə onsuz da mədəniyyətə çoxunun vaxtı, marağı yoxdur".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli sosial şəbəkə hesabında yazıb. Aktrisa TƏBİB-ə səslənərək, teatrların açılmasını istəyib:

"Bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və onun yolunu gözləyən, sevən tamaşaçılar var. Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, bu, teatr sənətinin məhvi olacaq. Demirəm, teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, onsuz bu mümkün deyil. Amma yeni tamaşaların məşqinə başlaya bilərik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək. Ümid edirəm TƏBİB bunları nəzərə alacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.