Şou-biznes

“Kurtlar vadisi” filmində təhlükəli səhnələri oynayan azərbaycanlı

5 May 2021 14:56
Baxış: 2 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Artıq 12-13 ildir ki, Türkiyənin İstanbul şəhərində kaskadyor-aktyor, həm də xoreoqraf kimi çalışıram. Təkcə Türkiyədə deyil, Avropanın bir çox yerlərində də çəkilişlərdə iştirak etmişik. Azərbaycanda da "Əli və Nino" filmində həm aktyor, həm kaskadyor, həm də dublyor kimi iştirak etmişik. Həm də orada əkşın səhnələrinin hazırlanmasında birbaşa iştirak etmişik və həmin səhnələri qurmuşuq. O cümlədən türk serial və filmlərindən əlavə Hollivud istehsalı filmdə oynayan ilk və tək azərbaycanlı kimi qeydiyyatdayam. Bu Hollivudun "Taken-2" filmidir. Çəkilişlərimizin bir qismi İstanbulda, bir qismi də Parisdə həyata keçirilib. Bundan əlavə Bollivud və Benqali filmlərdə də iştirak etmişik 12-13 il ərzində"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında aktyor-kaskadyor, xoreoqraf Babək Həsənzadə deyib. Müsahibimiz "Kurtlar vadisi" serialında Polat Alemdarın yerinə təhlükəli səhnələri yerinə yetirdiyini də bildirib.

"Mən "Kurtlar vadisi" serialına 2008-ci ildən çəkilməyə başlamışam. Mütəmaddi olaraq riskli səhnələr olduğu halda biz ora dəvət alırdıq. Ard-arda çəkildiyim 175-dən 182-ci bölümə qədər riskli hərəkətləri Polatın yerinə mən icra etmişəm. İlk səhnəmiz "Adanalı" filmində bir kadra çəkildi. 2-ci mərtəbədən balkondan vurulub yerə düşürdüm filmdə. Həmin gecə o səhnəni oynayandan sonra təklif gəldi ki, Polat Alemdarın dublyoru olacaqsan. Çünki boyumuz da uyğun idi. Demək olar ki, bütün səhnələrdə risklə burun-buruna oluruq. 71-ci seriyada Polat İskəndəri qovur, dağdan tullanır. O səhnəni Polat yox, mən yerinə yetirmişəm. 25 metrlik qaya idi hardasa, ordan suya tullanmaq lazım idi. Dekabr ayında 4 dəfə tullanmışam suya. Daha sonra partlama səhnəsi də olub. Biz bu səhnələrdə riski azaldırıq" deyə Babək Həsənzadə bildirib.

"Necati Şaşmazın dublyoru və kaskadyoru olduğunuzu mətbuata deməyiniz onun tərəfdən necə qarşılanıb?" sualına isə Babək Həsənzadə bu cür cavab verdi.

"Hər bir film və serialın öz gizlilik haqları olur. O gizlilik haqlarına, şərtlərinə əməl etmək lazımdır. Təbii ki, heç bir bəhanəsiz. Hər bir filmin gizlilik haqqının bəlli bir müddəti var,  o müddət də artıq xeyli vaxtdır aşıb, film artıq kemişdə qalıb. Ona görə də rahatlıqla izahlar verib, danışa bilirəm. Təbii ki, aktyor istəyər ki, bilinməsin onun yerinə kimlər oynayır. Üstəlik də bu baş rolu oynayan və illərdir fenomen olan bir şəxsdirsə. Bu xaricdə belə deyil, xaricdə hətta əkşın səhnələrində 2 və daha çox kaskadyor çıxış edir. İşini yaxşı icra edən kaskadyor odur ki, səhnəni elə oynasın ki,  orada bilinməsin ki, onun yerinə kimsə oynayıb. Artıq icazə məsələsindən keçib və tam rahatlıqla bu haqda danışa bilirik" deyə o bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.