Şou-biznes

"Sənətdən geri çəkildim, amma, istəyənlərimin haqqına girdim"

23 Aprel 2021 17:39
Baxış: 1 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ölümü tez-tez düşünməyə başlayıram. Bu dünyada elə yaşa ki, elə bil ölməyəcəksən. Sonluq üçün elə yaşa ki, sanki bu dəqiqə öləcəksən".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev "ATV maqazin onlarla" proqramında deyib. Sənətçi verilişlərdən qaçmasının səbəbini açıqlayıb:

"Sənətdən geri çəkildim. Amma istəyənlərimin haqqına girdim, onlar mənə qulaq asmaq istəyir. Hər verilişə getmirəm. Özümü orada görmürəm. Mən efirdə danışanda problem olur, gərək oxuyum. Ona görə də elə proqramlara qatılıram ki, ancaq oxuyum".

Elton bəzi ifaçılara söz ataraq "Bəziləri oxumağa gedirlər, hələ çatmayıblar. Oxuya bilmirlər. Yoldadırlar" ifadələri ilə onları tənqid edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.