Şou-biznes

Hadisə məhkəməyə müraciət edəcək

29 Mart 2021 12:44
Baxış: 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin pop ulduzu Hadisə son dövrün ən populyar tətbiqetmələrindən biri olan "Clubhouse"da adından istifadə edərək hesab açan şəxslə bağlı məhkəməyə müraciət edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bu barədə instaqram platformasında məlumat verib. Müğənni qeyd edib ki, həmin şəxs onun adından insanlarla danışıb, səsini təqlid edib, hətta mahnı oxuyub:

"Dünən heç olmadığım bir platforma olan "Clubhouse"da mənim adıma açılan bir hesabda səsimi təqlid edib və insanlarla mənim kimi danışıb, söhbət edib, hətta mahnı oxuyub. Bu gün mövzu ilə əlaqədar məhkəmə araşdırmalarına başlayacağımızın bilinməsini istəyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.