Şou-biznes

“İndi ailə qursaydım, bu dünyaya uşaq gətirməzdim” - VİDEO

18 Fevral 2021 11:32
Baxış: 5 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nura Suri müzakirələrə səbəb olacaq açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur ifaçı "10-da görüşək" proqramında qonaq olarkən övladları barədə danışıb.

N. Suri qeyd edib ki, indi ailə qursaydı, bu dünyaya övlad gətirməzdi: "Düşüncələrim bir az fərqlidir. Mən indi ailə qursaydım, bu dünyaya övlad gətirməzdim. Gördüyüm bu dünyaya öz övladımı qıymazdım. Bugünkü dünyaya insan bəxş etməzdim. Övladlarıma da onu demişəm, səbəbini başa salmışam.

Valideyn olmaq istədiyim üçün övlad dünyaya gətirirəm. Lakin o insanın bundan sonrakı həyatının necə olacağı barədə düşünüb çox götür-qoy etmək lazımdır. Yüz ölçüb, bir biçmək, yaxşı düşünmək lazımdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.