Şou-biznes

Oksana Natavanla bağlı suala: "Ondan danışıb əhvalımı pozmayaq" - VİDEO

19 Yanvar 2021 17:51
Baxış: 1 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəqqasə Oksana Rəsulova "Onda başladıq" proqramında bitən dostluqlarından danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı Samir Bayramlı sənətçiyə "Dostluğa önəm verən birisən. Kiminləsə dostluğun pozulur. Buna görə cəhd edirsən?" sözlərinə belə reaksiya verib:

"O qatar getdi, ondan danışıb əhvalımı pozmayaq. Mövzu bağlandı. Layiq adam üçün cəhd edərəm. Çünki onlar da cəhd edirlər. Elə adamlar da var ki, cəhd etsələr də, etməsələr də dəyişməyəcəklər. Sənə neqativ enerji bağışlayanlardan uzaq olmaq lazımdır".

Oksana daha sonra müğənni Natavan Həbibi ilə münasibətlərinin bitməsinə aydınlıq gətirib:

"Dost xəyanəti, paxıllıq münasibəti bitirər. Əgər mən sənə görə çoxundan imtina edib, səni necə var elə qəbul etmişəmsə, bizə aid məsələni mənlə məsləhətləşməlisən. Sənə görə həmin adamla üz-göz olmuşam. Amma gedib özün danışıb, münasibət qurursan. Onunla barışırsan, mən kənarda qalıram.  Ondan sonra o adamın (prodüser Tarix Əliyev - red.) verilişinə getdim və aydınlıq gətirdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.