Şou-biznes

"Özünü öldürüb uşağını alardın"

23 İyun 2020 14:19
Baxış: 2 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dananın həyatı nədir ki... Onu alqışlamıram. 18 il əvvəl saçlarını yolub, uşağını almalıydı. Acizliyi onu bu günə qoyub".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan 18 ildir oğlunu görməyən müğənni Dana Durdananın ünvanına deyib. Müğənni "Bizimləsən" verilişində ifaçını uşağını atmaqda günahlandırıb:

"Anasan, övlad dünyaya gətirmisən. Özünü öldürüb, uşağı almalıydın. Sənin yaşadığın mənim illər əvvəl yaşadıqlarımın yanında toy-bayramdır.

İndi uşaqlarımın atası bizə gələndə evin başında otuzdururam. Övladlarımın toyunda onu başa keçirdim. İndi nəvəsi ilə görüşəndə deyirəm ki, niyə parkda olmalıdır, gəlsin evə. Nəvəsinə 2 manatlıq oyuncaq alsa da, onu bəh-bəhlə təqdim edirəm. Qadın kişini alçaltmamalıdır".

Qeyd edək ki, Durdanə "Bizimləsən" verilişinə gələrək ondan imtina edən oğlu ilə bağlı kömək istəyib. O, proqram heyətindən onu oğlu ilə görüşdümələrini istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.