"Dananın həyatı nədir ki... Onu alqışlamıram. 18 il əvvəl saçlarını yolub, uşağını almalıydı. Acizliyi onu bu günə qoyub".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan 18 ildir oğlunu görməyən müğənni Dana Durdananın ünvanına deyib. Müğənni "Bizimləsən" verilişində ifaçını uşağını atmaqda günahlandırıb:
"Anasan, övlad dünyaya gətirmisən. Özünü öldürüb, uşağı almalıydın. Sənin yaşadığın mənim illər əvvəl yaşadıqlarımın yanında toy-bayramdır.
İndi uşaqlarımın atası bizə gələndə evin başında otuzdururam. Övladlarımın toyunda onu başa keçirdim. İndi nəvəsi ilə görüşəndə deyirəm ki, niyə parkda olmalıdır, gəlsin evə. Nəvəsinə 2 manatlıq oyuncaq alsa da, onu bəh-bəhlə təqdim edirəm. Qadın kişini alçaltmamalıdır".
Qeyd edək ki, Durdanə "Bizimləsən" verilişinə gələrək ondan imtina edən oğlu ilə bağlı kömək istəyib. O, proqram heyətindən onu oğlu ilə görüşdümələrini istəyib.
Milli.Az