Şou-biznes

Kamilin əlbəyaxa davasına həyat yoldaşı Gülaydan açıqlama

19 İyun 2020 21:05
9 Şərh     Baxış: 12 538
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, fitnes məşqçisi Kamil Zeynallı polislərin gözü qarşısında dava edib. O, yolda avtomobilindən düşərək, bir nəfərə yumruq zərbələri endirib. Bu zaman K.Zeynallı həmin şəxsə qarşı qeyri-etik ifadələr səsləndirib. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, qalmaqallı məsələ ilə bağlı "Xəzər" televiziyasında yayımlanan "5/5"də axşam şousunda qonaq olan K.Zeynallının müğənni həyat yoldaşı Gülay Zeynalova açıqlama verib. Sənətçi həyat yoldaşının yolda əlbəyaxa davasını belə nəql edib:

"Yolda gedəndə Kamilin sözü çəp gəlib. Amma indi hər şey qaydasındadır".

Verilişin aparıcısı Zaur Kamalın "Siz evinizdə üzərlik yandırın" sözlərinə Gülay Zeynalova belə cavab verib:

"Bizim evdə hər gün tonqal qalanır. Üzərlik yandırmağı çatdırmırıq. Əsas odur ki, nəticə baxımından salamatlıqdır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.