Şou-biznes

Cabir İmanov Bəhram Bağırzadənin vəziyyəti haqqında: “Yalan xəbərlərə inanmayın”

16 İyun 2020 20:09
Baxış: 9 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa yoluxan və iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində müalicəsini davam etdirən Əməkdar artist Bəhram Bağırzadə ilə bağlı Əməkdar artist Cabir İmanov paylaşım edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, aktyor insanları həmkarının səhhəti ilə bağlı bir çox KİV-də yayılan xəbərlərə inanmamağa çağırıb.

"Əziz izləyicilər! Çoxsaylı zəngləri nəzərə alıb yazıram. Bəhram sağdır. Heç bir "sayt", "informasiya agentlikləri", "məlumatçı bloqerlər", operator "həkimlər"ə inanmayın. Çalışacam hər gün Bəhram haqqında məlumat verim. Onun ölüm xəbərini yayan, haqqında klip çəkən və klinikadan başqa adamın videosunu çəkən "adamlara" fikir verməyin. Təşəkkürlər!", - deyə Cabir İmanov bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.