Şou-biznes

"Dırnaqlarım çürüdü" - Tünzalə

12 İyun 2020 21:30
13 Şərh     Baxış: 3 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva evə buraxılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Bizimləsən" proqramının virtual qonağı olan aktrisa kimyaterapiya almağa başladığını deyib. O bildirib ki, ağrıları güclü olur:

"Əvvəl ağrılar kürək və böyrəyə vururdu. İndi qarın hissəmə vurur. Kimyaterapiya hər dəfə bir nahiyəyə vurur. İndi də qarın... Qarnımda da neçə əməliyyat yeri var, ağrılar dəhşətlidir. Dözə bilmirəm. Həmişə kimyaterapiyada belə olur. Əvvəl dırnaqlarım çürümüşdü. Yeni-yeni düzəlirdi. Təzədən başladıq...

Analizin cavabı çıxan kimi həkimlər məni yatırtdı və kimyaterapiya etdi. Qanımaşağı olduğu üçün kimyaterapiyanı bütöv ala bilmirəm. Yarısın aldım, qalıb hələ... Yıxılan insan deyiləm, amma durumum çox pisdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.