Xalq artisti Elmira Rəhimovaya bağ hədiyyə edilib.
Milli.Az xəbər verir ki, bunu aparıcı Nanə Ağamalıyeva "Şou ATV"də açıqlayıb.
Qeyd edək ki, iki ay bundan qabaq ATV-də yayımlanan "Həyat gözəldir" proqramında qonaq olan Xalq artisti Elmira Rəhimova bağ evinin olmasını istəmişdi: "Şəkər xəstəliyindən əziyyət çəkirəm. Təzyiqim qalxır. Qalxanda da bədənim əsməyə başlayır. Həkimlərin yazdığı bütün dərmanları vaxtlı-vaxtında qəbul edirəm. Bütün günüm evdə keçir. Mənzilimin iki eyvanı var. Eyvana çıxıb həm hava alıram, həm də orada gəzirəm. Bağım olsaydı, oturardım orada. Bağın havası başqadır, eyvanın başqa".
Məhəmməd Vaqif
Milli.Az