Şou-biznes

“Çılğın xanımam, çiynimi oynadıram” - Avtomobildə rəqs edən Şəbnəm Tovuzlu - VİDEO

19 May 2020 14:45
0 Şərh     Baxış: 14 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub.

Milli.Az müğənni Nərmin Kərimbəyovanın "Şəbnəm Tovuzlu məni təqlid edir" deməsinə etirazını bildirib:

"Vallah, tanımıram o kimdir. Kimdir o xanım? Siz məni illərdir tanıyırsız. Mən həyatda çılğın xanımam. Rəqsi, deyib-gülməyi, zarafatlaşmağı sevirəm. Bu, mənim həyat tərzimdir. Kənarda necə, efirdə də eləyəm. Efir xətrinə belə deyiləm. "Instagram" səhifəsini belə izləmirəm, bilmirəm kimdir. Avtomobillə gedərkən belə bir musiqi sümüyümə düşürsə, rəqs edirəm, çiynimi də oynadıram. Oynamağı sevirəm. Yeni sənətə gəlir, sənətinə bir söz yoxdur. Nərmin xanımı bu gün heç kəs tanımır. Öz ətrafı tanıya bilər və sevənləri də var. Amma gəlin etiraf edək ki, yeni efirə çıxıb özünü tanıtmaq istəyən ifaçılar, hansısa tanınmış bir ifaçının adını çəkir ki, onun üçün gündəm olsun".

Qeyd edək ki, müğənni Nərmin Kərimbəyova Şəbnəm Tovuzlunun onu təqlid etməsi ilə bağlı açıqlama verib. Bu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.