Şou-biznes

"Azərbaycanlı aktyordan rejissorla bağlı iddia: "Qızlara əxlaqsız təklif edir" - VİDEO

12 May 2020 16:56
4 Şərh     Baxış: 5 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də yayımlanan "Aldanmış hisslər" serialının aktyoru Famiz Hüseynov ekran işinin rejissoru Faiq Nağıyevlə bağlı iddia ortaya atıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bunla bağlı sosial şəbəkədə video paylaşan sənətçi rejissorun seriala çəkilən qızlara əxlaqsız təkliflər etdiyini söyləyib. O, eyni zamanda, qonorarların ödənilmədiyini bildirib:

""Aldanmış hisslər" serialında çəkilirdim, bu gündən imtina etdim, uzaqlaşıram. Səbəb isə odur ki, rejissor Faiq Nağıyev özbaşınalıq edir. Aktyorların pulunu kəsir, haqsızlıq edir. Haqsızlığa dözə bilmərəm. 

Seriala gələn bütün gənc qızlara müəyyən pis, iyrənc təkliflər edir. Onların müqabilində ekran işinə çəkəcəyini deyir. Deyir ki, serialıma çəkilmək istəyirsənsə, aramızda münasibət olmalıdır. Orada çəkilənlərin günahına girə bilmərəm, o yoldan keçiblər, ya yox.

O rejissordan uzaq olun. Elə rejissorlar filmə, sənətə ləkədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.