Şou-biznes

Elza Seyidcahanın qızıl divanı

12 May 2020 09:06
0 Şərh     Baxış: 6 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan qızıl divanını nümayiş etdirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "Xəzər" TV-də yayımlanan "5/5" proqramında danışıb. O, divanın aparıcı Aytəkin Mərdənovanın 2015-ci ildə onun evində çəkiliş edərkən lentə aldığını vurğulayıb. Proqram zamanı arxiv görüntülər nümayiş olunub.

E.Seyidcahan verilişdə divan və kreslonun 24 əyyarlı qızıl oymalarla hazırlanan əl işi olduğunu bildirib.

Sənətçi Zaur Kamalın "Yalandan demisən ki, divanım qızıldandır. 60 minlik divanın budur" sualına belə cavab verib:

"Doğrudur, 24 əyyarlı qızıldandır. Qiymətini söyləməyəcəm, amma hədiyyə kimi bir şeydir. Çox deyərsən, gecə ilə evimdən oğurlayarlar. Qızıl suyuna çəkilib".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.