Şou-biznes

“Onların halına acıyıram” - Nadir Qafarzadə

10 May 2020 17:52
3 Şərh     Baxış: 2 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nadir Qafarzadə DTX-nın Mədəniyyət Nazirliyində apardığı əməliyyatdan danışıb.

Milli.Az bildirir ki, musavat.com-a açıqlama verən sənətçi bildirib ki, nazirlik tərəfindən ona olunan haqsızlıqlardan zamanı gələndə danışacaq:

"Ömürboyu həyatda haqq-ədalət axtarmışam. Sonra başa düşdüm ki, ümumiyyətlə, dünyada bu, yox imiş, boş yerə axtarış edib vaxt itirmişəm. Mədəniyyət nazirinin mənə nə yaxşılığı, nə də pisliyi dəyib. Nazirlikdə yaşananlarla bağlı bitərəfəm. Yıxılana balta vurmazlar. Yıxılanın pis gününə sevinmərəm, onlara acıyıram.

Dövlət nə qərar verirsə, qanun qəbul edirsə, biz də razılaşmalıyıq. Mən də adi bəndəyəm, vətəndaşam və dövlətimin yanındayam. Düşünürəm ki, hər şey yaxşı olacaq. Hər zaman mənə olunan haqsızlıqlardan danışmışam. İndi isə susuram. Zamanı gələndə danışacağam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.