Şou-biznes

"Özümü çox pis hiss edirdim" - Günay

1 May 2020 16:13
6 Şərh     Baxış: 2 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Günay İbrahimli karantin günlərindən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Gün başladı"da qonaq olan sənətçi artıq çəki almaqdan gileylənib. O bildirib ki, karantin günlərində vaxtının çoxunu mətbəxdə keçirib:

"Karantin günlərində menyuda yemək tapmırdım. Bütün yeməkləri bişirdim. Ən çox da milli yeməkləri edirdim. Gördüm ki, kökəlirəm. 10 gün bundan əvvəl özümü çox pis hiss edirdim. İndi yəqin ki, çox adam kökəlib. Artıq diqqət etməyə başlamışam. Evdə olanda ən çox vaxt mətbəxdə keçiririk.

Evdə idman alətlərim var. Amma davamlı etməyə həvəsin olmur".

Günay bildirib ki, ailə üzvlərinə daha çox vaxt ayırıb:

"Hər günümüzün qədrini bilməliyik. isti evimizdə oturub, çörək tapırıqsa, şükr edək. Evdə olmaqdan gözəl heç nə yoxdur. Əvvəl evdəkilərə vaxt ayıra bilmirdim. İndi daha çox vaxt keçirə bildim. 1 ay necə gəlib keçdi bilmədim. Vaxt tez keçirdi. Heç telefona da girmirdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.