Şou-biznes

“Ağır Romantik” filminin qala gecəsində baş verənlər - FOTO

13 Fevral 2020 17:37
0 Şərh     Baxış: 2 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən İstanbulda tanınmış iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn "Ağır Romantik" filminin qala gecəsi baş tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Torun Center"də keçirilən premyerada Ruhi Əliyeva, filmin baş qəhrəmanları Onur Tuna, Tuvana Türkay və ekran işində rol alan Altan Erkekli,  Servet Pandur, Durul Bazan və başqaları qatılıb. Aparıcı Nanə Ağamalıyeva və top stilist Anar Ağakişiyev də qala gecədə iştirak edənlər sırasında olublar.

Təqdimat Türkiyə mediasının da diqqətində olub. Belə ki, tədbir   "Kanal D", "Uçankuş", NTV, TV8 kimi məşhur sayt və telekanallar tərəfindən işıqlandırılıb. Tuvana Türkay isə "Ağır Romantik"də səsləndirdiyi mahnını təqdimat zamanı canlı ifa edib.
 
Ruhi Əliyeva ekran işi ilə bağlı açıqlama verərkən filmi maraqla izlədiyini vurğulayıb: "Bu işə çox əziyyət çəkilib. Doğrusu, film sektoruna girməzdən öncə bu qədər zəhmət tələb olunacağını gözləmirdim. Amma insan zəhmət çəkdiyi işin gözəl nəticəsini görəndə və həmin iş alqışla qarşılananda çəkilən əziyyət  unudulur.  Düşünürsən ki, bütün bunlara dəyərmiş. Ümid edirəm, bu işimiz hər kəs tərəfindən çox seviləcək. "Ağır romantik" sevgi filmidir. Ona görə də düşünürəm ki, film onu izləyən hər bir kəsin ürəyincə olacaq. Çünki, insanların qəlbi eşqlə doludur".

Qeyd edək ki, "Ağır Romantik" Almaniya, Hollandiya, Danimarka, Belçika, Fransa, Avstriya, Rumıniya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Albaniya, Bosniya- Herseqovina, Moldova, Şimali Makedoniya, Sloveniya, Serbiya, Monteneqro və Kosovoda 13 fevral, Türkiyənin bütün şəhərlərində 14 fevral - Sevgililər Günündə, Azərbaycanda isə 5 mart tarixində yayımlanacaq. 

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.