Şou-biznes

Müğənnilərimiz hansı xarici ulduzlara bənzəyirlər? - FOTO

16 Yanvar 2020 15:05
15 Şərh     Baxış: 3 084
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi insanlar heç bir qohumluq əlaqəsi olmasa da bir-birinə bənzəyir. Bu cür şəxslər arasında məşhur simalar da yer alırlar. Sənət aləmində bir neçə ifaçılar var ki, onlar tək geyimi, saçı ilə yox, üz quruluşu ilə də dünyanın tanınmış simalarına bənzədilir.

Milli.Az axşam.az-a istinadən xarici ulduza bənzəyən müğənniləri təqdim edir:

Günay İbrahimli bir çox fotosessiyasında Türkiyənin tanınmış ifaçısı Ziynet Saliyə bənzədilir. Onların üz quruluşu, saç düzümü çox vaxt oxşar olur.

Nigar Camal isə hər zaman Cennifer Lopezə bənzədilib. Təkcə üz və bədən quruluşu yox, rəqsi ilə də Nigar CeyLonu xatırladır.

Gülyanaq Məmmədova tez-tez  həm ifa tərzi, həm də üz quruluşu ilə Selin Diona bənzədilib.

Röya Ayxan isə buruq saçları ilə mərhum ulduz Uitni Hyustona oxşadılıb.

Aynişan Quliyeva bir çox fotosessiyalarında Selena Qomezə bənzədilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.