Şou-biznes

"Hamımız hamilə olmalıyıq" - Elza

8 Yanvar 2020 15:59
10 Şərh     Baxış: 3 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb.

Elza məsələ ilə bağlı çox danışmayacağını deyib:

"Bizə danışmağa icazə yoxdur. Hələ proseslər davam edir. Təsdiqlənsin, açıqlama verəcəm".

İfaçı daha sonra həmkarı Mətanət İsgəndərlinin yenidən ana olma istəyinin qınanılmasına münasibət bildirib. "Biz hamımız hər zaman hamilə olmalıyıq" deyən Seyidcahana Tolik "Biz də, buradakı kişilər də" sualını ünvanlayıb.

O, isə "Bəli, hamımız. Yaxşı əməllərimizlə hamilə olmalıyıq. Kaş mənim 10 övladım olardı" sözlərini əlavə edib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.