Şou-biznes

Mətanət İsgəndərli ilə Elza arasında gərginlik - Avtobus sürücüləri...

8 Yanvar 2020 12:44
4 Şərh     Baxış: 3 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xəzər" televiziyasında yayımlanan "Hər şey daxil" verilişinin növbəti qonaqları əməkdar artistlər Mətanət İsgəndərli, Elza Seyidcahan və onun bacısı Rasimə olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bayağı musiqilər mövzusu ətrafında gedən müzakirələr zamanı müğənnilər arasında gərgin anlar yaşanıb. Belə ki, Rasimə Seyidcahanın "Bayağı musiqilərə avtobus sürücüləri qulaq asır" sözlərinə Mətanət İsgəndərli sərt reaksiya verib:

"Məni bağışlayın, ancaq mən avtobus sürücüləri sözləri ilə heç razı deyiləm. Deyirsiz avtobus sürücüləri. Məgər onlar insan deyillər? Onlar adi insanlardan fərqlidirlər ki?" - deyə fikir bildirib.

Əməkdar artist Elza Seyidcahan isə bacısının sözlərinə açıqlama gətirib:

"Mətanət xanım, siz niyə sözü belə başa düşürsünüz? Burada söhbət ancaq musiqidən gedir. Onların insani keyfiyyətlərindən yox. Bir də ki avtobus sürürsə, biz onlara necə müraciət edə bilərik ki, təyyarə sürənlər, ya necə?"

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.