Şou-biznes

“Donumu qaldırdı, utandım” - Əməkdar artist - VİDEO - FOTO

6 Yanvar 2020 14:18
3 Şərh     Baxış: 4 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dedi ki, sizi yataqda çəkək.

Milli.Az bildirir ki, ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı əməkdar artist Sevinc Sarıyeva olub.

Müğənni hər şeyi reklama çevirənlərdən şikayətlənib:

"Bizim konsertlərimiz hesabatdır. Öz payıma deyirəm ki, hər dəfə konsertdə çıxış edəndə ustadların qarşısında imtahan vermiş oluram. Amma o konsertləri reklam xətirinə etməmişəm, efirə çəkilib verilib, o ayrı. Amma Sevinc xanım filan yerdə konsert verdi, yıxıldı, belə şeyləri sevməmişəm. Hətta o vaxt ayağım sınanda biri dedi ki, gələk sizi yataqda çəkək, əməliyyatı çəkək. Dedim, mən öz canımın halındayam.

Qonşu kanalların birində məni efirə dəvət etdilər. Məni gipsdə verilişə gətirdilər ki, heç olmasa efirə çıx 3-4 ay camaat səndən nigarandı. Aparıcı efirdə donumu qaldırdı ki, ayağım gipsdədi. Onun üçün xüsusi ayaqqabı tikdirmişdim və elə gəlmişdim efirə. Utandım. Sonra mənə o qədər zənglər oldu ki...".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.