Ciddi sənətdəyəm, bu işin məktəbini keçmişəm. Son zamanlar efirdə stil ifaçıları çoxalıb. Onlar məktəbi olmayanlardır. Mahnı janrını təbliğ edirəm.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elton Hüseynəliyev "Hər şey daxil" verilişində deyib. Sənətçi "bayağı" adı ilə yayılan mahnılardan bəhs edib:
"Müğənni muğamdan da, estradadan da xəbərdar olmalıdır. Türklərə baxıb ifanı onlara oxşatmaq lazım deyil. Öz musiqimizi təbliğ edin.
Öyrənmək istəyirlər? Youtube-da sənətkarların ifaları var, izləsinlər".
Milli.Az