Şou-biznes

“Allaha inanmıram” - Dilarə Kazımova

3 Dekabr 2019 16:15
47 Şərh     Baxış: 12 039

Yeni dalğa" festivlaında olanda bizə, "açıq geyinin" deyəndə əsəbiləşirdik. Ancaq getdikcə, başa düşdüm ki, qadın olmaq mənim xoşuma gəlir və qadın olmağın üstünlüklərindən istifadə etməyə başladım. Geyindiklərim açıq-saçıq yox, orta-açıq sayılır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova Samir Bayramlının aparıcısı olduğu "Söhbətsiz" proqramında deyib.

Sənətçi atasının ölümündən sonra Allaha olan inamını itirdiyini söyləyib:

"Atam dünyasını dəyişəndən sonra Allahdan küsdüm. Nənəm Allaha çox inanırdı. Mən də 12 yaşımda namaz qılmaq istəyirdim. Daha sonra ailəmizdə bu faciə baş verdi. Allaha sual verdim ki, niyə? Axı, mən səni çox istəyirəm. Hər şey düzgündür, yolundadır. Atamın 42 yaşı var idi. İçimdə nəsə sındı. Fikirləşdim ki, daha Allaha inanmaq istəmirəm. Ona inandım, sevgimi verdim. Amma o mənə belə bir faciə yaşatdı. Atamı aldı. Onunla çox yaxın idim".

D.Kazımova eks-həyat yoldaşı Mert Aslanla olan evliliyi barədə də danışıb:

"Həyat yoldaşımla 4 dildə danışırdım- ingilis, Azərbaycan, türk və hərdən də rus. O, memar idi. İstanbulda doğulmuşdu və həmin şəhərdə yaşayırdı. Sadəcə Bakıda işləyirdi. Bir-birimizi başa düşüb ailə qurduq. Çox şadam ki, indi rahatam. 30 yaşımdan sonra ailə qurdum. Anladım ki, mənim adamım deyilmiş. 1 il yarım görüşdük.  "Eurovision"dan qabaq evlənmək istədik. Amma planı 6 ay sonraya saxladıq. Sonra sona getmədi.

İnsanlar 20 illik ailəsini sonradan tanıyıb bilir ki, həyat yoldaşı onluq deyilmiş. Mən canımı tez qurtarmışam. Qismətə çox inanıram. Peşman deyiləm. Hər şey öz vaxtında olmalıdır. Ana olmalıyamsa, olacam. Hara qaçırıq? Rəsmi nikaha girmədən ana ola bilərəm. Bu, qadının şəxsi fikridir. Mənim üçün problem deyil. Dostlarımın arasında özlərinə düzgün adam tapmayıblar, amma ana olublar. Ona övlad lazımdır. Təbii ki, uşaq normal ailədə doğulmalıdır. Ancaq vəziyyətlər müxtəlifdir. Eləsi var ki, ata da, ana da var, lakin uşağa sevgi verə bilmirlər. Əgər ana uşağına sevgi verə biləcəksə, niyə də olmasın?".

Milli.Az

loading...

Şərh yaz:

47 Şərh:

  • Anonim
    Dilarəyə · 3 Dekabr 16:19444

    Qismətə inanırsız, Allaha yox? Bəs qismət kimin işidir?

    Cavab yaz
  • Anonim
    Mahir · 3 Dekabr 16:25365

    Dilare deyesen kafirdir.

    Cavab yaz
    • Anonim
      Oxucu · 3 Dekabr 18:01116

      Kafirlər Allahı konkret inkar edənlərdir. Dilarə Allahın varlığını inkar etmir, demir ateistəm. Heç başlıqdakı da onun dilindən çıxan söz deyil. O, uşaq vaxtı yaşadığı küskünlüyündən danışır. inşaAllah bir gün dərk edər, haqq yolunu tapar. Bunun üçün ona kömək eləmək lazımdır.

      Cavab yaz
  • Anonim
    Babek · 3 Dekabr 16:35313

    ALLAH BOYUKDUR O HERWEYE QADIRDIR BIRGUN HERKES BUNU BAWA DUWESEK IN WE ALLAH AMIN

    Cavab yaz
  • Anonim
    Ağsaqqal · 3 Dekabr 16:3646

    Köhnə bir tərəkəmə ayaması yadıma düşdü :-Gecənin bir vaxtı bir tərəkəmə çoban itlərin səsinə çölə çıxir ,görür çadırın yaxınlığına hörüklədiyi qara atın yanında bir adam var ,çoban deyir :-Əyə ,kimsən ?Dayanan adam :-Həsənəm ,Həsən !Çoban :-Əyə ,hansı Həsən ?Dayanan adam :-Qara atın ipini kəsən !Çoban :-Əyə ,dəlisən nəsən ?Dayanan adam :-Səhər görərsən !Səhər açılanda çoban görürki ,hhəqiqətən də dayanan adam qara atın ipini kəsib aparıb ...Indi bu məsələ mürəkkəb ,sınınılmış işdir ha ,bir az tez ,bir az gec !

    Cavab yaz
  • Anonim
    adam · 3 Dekabr 16:38163

    ALLAH bizi yaradandır ona daima şükür oxumalıyıq .!

    Cavab yaz
  • Anonim
    Gun kimi · 3 Dekabr 16:48112

    Allahin her etdiyinde bir hikmet var..onu hec kim bie bilmez..her halda Onun bildiyi bir şey var ve Allah cox merhemetlidi...her şeyden ötrü ondan üz cevirmek doqru deyil qetiyyen...

    Cavab yaz
    • Anonim
      A · 3 Dekabr 18:22510

      BUNA HERSEYDEN OTRU DEYIRSIZ?ATASINI ITIRIBE

      Cavab yaz
  • Anonim
    Dilarã · 3 Dekabr 17:03145

    Sãn ALLAHA inanmirsan ,bãs õz varligiya necã ona inanirsan?sãni kim yaradib ay bãdbãxt!

    Cavab yaz
  • Anonim
    123 · 3 Dekabr 17:06142

    Allahin sene ehtiyac yoxdu senin ona ehtiyacin var her kesin qazandiqi xeyir ona her kesin qazandiqi ser onun eleyhinedir beqere suresi 284 aye

    Cavab yaz
  • Anonim
    Ömer · 3 Dekabr 17:07113

    Allah agil versin

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 3 Dekabr 17:071811

    Cehennemde yerün hazirdi ay kafir .Allah alemlerin ibadetine eslaaa mohtac deyil inandun inanmadun ne etsen özüve edeceksen ay günahkar bəndə.Dara dusende yalvararasan.

    Cavab yaz
  • Anonim
    Dolqorukiy · 3 Dekabr 17:261634

    Allaha inanıb inanmamaq hər kəsin öz işidir! Buna görə insanı qınamaq cahillikdir.

    Cavab yaz
    • Anonim
      ayan · 3 Dekabr 17:3724

      asalım qeseleım demedıq, dılaraya sene mınattaram cox aqılımısın deyeq

      Cavab yaz
    • Anonim
      Sinir · 3 Dekabr 20:5888

      Əlbətdəki, öz işidi. Burdakılsr özlərinə əl qatıblar yaman. Başqasının fikrinə hörmət etməyi bacarmırlarda bu dindarlar.

      Cavab yaz
      • Anonim
        Vüqar · 3 Dekabr 21:5154

        Fikir verin onlardakı aqresiyaya.

        Cavab yaz
        • Anonim
          Oxucu · 4 Dekabr 11:3231

          Şəxsən mən aqressiv deyiləm, fikir müxtəlifliyinə qarşı həmişə dözümlüyəm. Birini bir yola gətirmək istəyirsənsə bunu elmlə, öyrətməklə etməlisən. Həm də səbrlə. Ateist dostlarımızdan kimin nə sualı varsa buyurub yazsın, mən bildiyim qədəriylə cavab verməyə hazıram.

          Cavab yaz
      • Anonim
        Deist · 4 Dekabr 09:2843

        Bacarmirlar cunki cahildirler. Kor korane inanirlar. Amma hansisa bir ateist dinle bagli tereddudlerinden, qurandaki qeyri humanist hesab etdiyi ayelerden sual verende hemin bu "dindarlar" vermeye bir cavab tapmirlar. Direnende de deyirler Allah bele isteyib. Hec belke de burda Dilareni yixib suruyen "cennetlik" bendelerin 90 faizi qurani oxumuyub. Gedin tehsilinizi artirin camaati qinamaqdansa. Online celladlar.

        Cavab yaz
  • Anonim
    Oxucu · 3 Dekabr 17:34112

    Heç kəsə heç nəyi zorla qəbul etdirmək olmaz. Yol göstərmək, izah etmək, dinə dəvət etmək olar, amma döyməklə-söyməklə, təhqir etməklə yox. Allah islah eləsin, yaradılışını, Allahı dərk etməyə kömək olsun. Valideynlərini itirən bütün uşaqlar həyatdan küsürlər. Amma həyatı dərk edəcək yaşdadır artıq, inşaAllah doğru yolu tapar.

    Cavab yaz
  • Anonim
    Samire · 3 Dekabr 17:4094

    Bu ne danishir bele.? Dilare, yashayirsan, ishleyirsen, avropaya seyahetlere gedirsen. Bes bunlari kim edir sene.? Allah edir hamisini. Adamlar varki, fiziki qusurludur, gozleri gormur amma Allaha olan sevgisini yere qoymur ve Allaha inanib ona her gun min shukur eleyir. Na shukur olma. Allahin varliqi bizim yegane heqiqetimiz olmalidir.

    Cavab yaz
    • Anonim
      Mahir · 3 Dekabr 19:3024

      Duz deyirsiniz Samire xanim Sizin fikrinizle tam raziyam. Ele adamlar utansinlar.

      Cavab yaz
    • Anonim
      Max · 4 Dekabr 12:0300

      Kim edir ?

      Cavab yaz
  • Anonim
    Nur · 3 Dekabr 17:44122

    Facilere qalsa.onda hami üz cevirsin.bele sey olar bu nece daniwigdi helem iwiglandirirlar.Allah hidyaet versin oda bir xowbextlikfi Allahi derk etmek Allah bu xanimda qismet etsin o xowbextliyi

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 3 Dekabr 17:4835

    İnanıb inanmamaq sizin şəxsi fikrinizdir,amma Allaha inanmıram deyil,Allahdan küsmüşəm desəniz daha düzgün olar.Hər halda,atanızı allahın aldığını düşünürsünüz hələ də.

    Cavab yaz
  • Anonim
    kate · 3 Dekabr 17:50114

    Yəqin bu qızın atası daha əməlisaleh admmmış ki, qızının bu gününü görmədən köçüb həyatdan.

    Cavab yaz
  • Anonim
    Papatya · 3 Dekabr 18:4821

    Nedense səmimi gəlmədi mənə. İnsanlar çox vaxt seçimlerine kılıf uydurmağa çalışar. Həm Allaha inanıram desə, gərək ki, sonrakı fikirlərini deməsin. Nikahsız övlad dünyaya gətirmək istəyi kimi... Yaşamaq istədiyi, seçdiyi geyim kimi... Burda nə var ki, mənə bele yaşamaq daha rahat deyə bilər... Neyse inanıb inanmamaq ona qalmış. Nəticədə hər insan öləcək yaşdadır. Və ondan sonra heç bir kılıf işe yaramayacaq.

    Cavab yaz
    • Anonim
      ...... · 3 Dekabr 23:0940

      Kilif nə olan şeydir?

      Cavab yaz
  • Anonim
    A ya · 3 Dekabr 18:5350

    Onda hec kim ölmesin? Herenin bir alin yazisi ömur muddeti var ..gulunc danişma

    Cavab yaz
  • Anonim
    Abbas · 3 Dekabr 18:5725

    Sen tesadufen ermeni deyilsen raz allahi qebul etmirsense?

    Cavab yaz
    • Anonim
      Poirot · 4 Dekabr 10:2370

      Mentiq ve savad qijqirir. Allaha inanmayan azerbaycanli ola bilmez, ermeni olmalidir. Bravo. Senin kimi vetendaslari olan olkeye ermeni lazim deyil.

      Cavab yaz
      • Anonim
        Abbas · 4 Dekabr 13:3803

        Zehmet olmasa bilib bilmediyin seyler barede muhakime yurutme senin nikin patriotdursa bu hele layiqli vetendas olmaq demek deyil meni taniyirsan belke ureyin ele yanirsa buyur sende ol onun yaninda men movzuya serh yazmisam ve serhide movzuya aid yaz menim serhim movzu deyil bilseniz yaxsi olar ve bu movzunu baqlayiriq mubahise acib basqalarinin vaxtini almayaq

        Cavab yaz
      • Anonim
        Abbas · 4 Dekabr 13:4103

        Baqislayinsizede patriot deye muraciet edib bir az sevindirdim Patriot hara siz hara Poirot movzu bitdi!

        Cavab yaz
    • Anonim
      Oxucu · 4 Dekabr 15:3220

      Allahı qəbul etməyənin adı erməni deyil, ateistdir. Ermənilər bizim düşmənimizdir, amma düşmənik deyə savadsız danışmalı deyilik ki. Ermənilər xristian dininə itaət edirlər (hansı ki islama qədər Azərbaycanda da olub). Yəni digər xristian millətləri kimi Allaha bu dindən inanırlar. Həm ateistlər, həm deistlər (yalnız Allahın özünü qəbul edib, dinləri inkar edənlər) hər ölkədə hər millətdə var.

      Cavab yaz
  • Anonim
    Papatya · 3 Dekabr 19:07104

    Bir yaşlı qadin varmış. Tək yaşayırmış. Məhəllənin çorəkçisi hər səhər bu qadının qapısına çörək qoyub gedərmiş. Qadın hər səhər çörəyi götürəndə "Allahım sənə şükürlər olsun, bugün de məni ruzisiz qoymadin" deyə dualar edermis. Hər səhər bunu qonşu pencereden izleyen inancsız qadin, nəhayət bir səhər eseblesib, gedib mağazadan bir xeyli ərzaq, naz nemət alıb yaşlı qadının qapısına qoymuş. Yaşlı qadın adəti üzrə seher qapini açıb bu qeder naz neməti görüb göz yaşlarına boğuldu. Yenə Allaha dualar etdi. Bu zaman inancsız qonşu qadın tez gizləndiyi yerdən çıxıb eseble "ay axmaq qarı, nə Allah, bunları səhər mən alıb gətirib qoymuşam qapına, bu da qəbzi" Yaşlı qadın ellerini yuxari qaldırıb, "Şükür meslehetine ya Rəbb, bu qədər neməti mənə göndərmisen, üstəlik pulunu da şeytana odetmisen".

    Cavab yaz
    • Anonim
      Əmrah .Ənrah.Almalı · 3 Dekabr 20:0680

      Qohuma, qardaşa, dosta, güvənmək Allahdan savayı yalandı məncə Eylə ibadəti Allah adı çək Allahdan savayı yalandı məncə --Allah bəndəsisən, Alahı tanı- --Allahı tanırsan namazın hanı- --İnsana həyatda ən çətin anı- --Allahdan savayı yalandı məncə-- --Odur ki, ey Əmrah, ibadət eylə- --İbadət etməyi bir adət eylə- --Sığın ,diləyinə sığın ,çat eylə- --Allahdan savayı yalandı məncə

      Cavab yaz
      • Anonim
        Əmrah .Ənrah.Almalı · 3 Dekabr 20:3330

        Yusifov Əmrah Həsib oğlu 1962 ci il Zakatala rayonu Azərbaycan prospekti 39 a mənzil 25

        Cavab yaz
  • Anonim
    Papatya · 3 Dekabr 19:1130

    İnanmaq istəyənə də nese maneə ola bilməz. Sadəcə səmimiyyət və dürüstlük gərəkdir.

    Cavab yaz
  • Anonim
    orbet. · 3 Dekabr 21:03141

    Həyatda ən çox çətinliklər, əzablar görən Peyğəmbərlər olub, İslam dini peyğəmbərinin körpə 3 uşağı, gənc yaşında qızı rəhmətə gedib, nəvələri zülmə əzaba məruz qalaraq öldürülüb, Allahın sevimli peyğəmbərinin belə, vaxtı çatan kimi əzizləri dünyasını dəyişib. Ölüm vaxtı çatdısa, Allah heç kimə fərq qoymaz. Hər növ meyvə bağında tez və gec yetişən meyvələrin hamısını bir anda dəririkmi? Tez yetişəni saxlayıb, gec yetişənlərlə birlikdə yığmaq olarmı? Saxlasaq xarab olar fayda verməz. İnsanda bunun kimi vaxt yetişdisə kimsə gözlətilməz, anında axirətə toplanarlar. Nankor olma!

    Cavab yaz
    • Anonim
      xumar · 3 Dekabr 22:2150

      Sen Allahi bilirsen Allah seni bilmezmi ? Haqqinca qulluq etsen haqq cavabin vermezmi ?

      Cavab yaz
  • Anonim
    xumar · 3 Dekabr 22:1850

    Seytan asanliqla insani yoldan cixarir seytana teslim olma Allaha sigin her kes bir gun olecek gec tez ona siginmga istekli ya isteksiz mecbursan bizi yaradan odur Atan seni yaratmayib Allah seni vermese idi ona sen hardan gelerdin bu dunyaya necede kutbeyn insanlar var basa dusmek istemirler

    Cavab yaz
  • Anonim
    Salam · 3 Dekabr 23:0070

    Istesen de Allahin movcudlugunu inkar ede bilmezsen. "Her bir canli olumun dadina baxacaq" ve dogrudan da beledir. Allah Tealanin canli mexluqata gonderdiyi cumledir bu. Gorursunuzmu dogrudan da her bir canli olumun dadina baxir evvel-axir. Indi inkar et gorum?

    Cavab yaz
  • Anonim
    Janna · 4 Dekabr 08:0350

    Canı verən də,alan da allahdır.Dünyaya geləcəyimiz saata,dəqiqəyə,saniyəyə kimi bilən tək odur.O cümlədən ölüm də.Kim bilir ne vaxt öləcək?Belkə de Dilarə həmin an üçün deyib allaha inanmıram.Əgər indi de inanmirsa allah onun kimi deyil mərhəmətlidir,adildir.Səhvini anlasa allah bagıslayandir

    Cavab yaz
  • Anonim
    Zeris · 4 Dekabr 10:3142

    Eslinde men bunun hereketlerine geyimlerine baxanda hemise dusunurdumki bu insan ALLAHA inanmir.her insan cetinlik gorur.mende anami itirmisem.Amma men ALLAHA daha da berk sarilmisam.her seyin basinda iman dayanir.ALLAH qorxusu olmalidir

    Cavab yaz
    • Anonim
      Max · 4 Dekabr 12:0341

      İnsanın geyiminə baxanda, məgər Allaha inamı müəyyən etmək olur ? )))))))))))

      Cavab yaz
      • Anonim
        Sinir · 4 Dekabr 23:0721

        Ağlı o qədərdidə)))

        Cavab yaz
  • Anonim
    F · 4 Dekabr 12:3331

    Allah atani yaman chox isteyib...

    Cavab yaz
  • Anonim
    d · 4 Dekabr 12:4054

    wexsi fikrini deyib.herkes dusuncesinde.dininde azaddir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.