Şou-biznes

Azərin həyat yoldaşı: Qorxduğum başıma gəldi

16 Fevral 2025 00:34
Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən də atamı tez itirmişdim, qızımız da mənim taleyimi yaşadı"

Milli.Az xəbər verir ki, Azər Baxşəliyevin həyat yoldaşı Nigar xanım ARB TV-nin "5 üz" verlişinin qonağı olub. Verilişin final buraxılışı Azər Baxşəliyevə həsr olunub. Yoldaşı onunla bağlı olan kövrək xatirələrini bölüşüb.

"Hər kəs onun ölümünü yanvarın 5-dən saysa da, mənim üçün o ayın 1-dən yoxdu, çünki yanvarın 1-dən heç bir mesajlarıma cavab almırdım. Hər şeyə ümidli oldum, hər şeyə hazır idim. Deyirdim ki, qoy yataqda olsun, amma sag olsun. Qarşıma çıxan bütün çətinliklər atasız olmağımla bağlı olub. Mən də atamı tez itirmişəm.

Ona deyirdim ki, Azik sən özünə yaxşı baxmalısan, güclü olmalısan, Züleyxanın yanında olmalısan. Deyirdi ki, bilirəm.

Züleyxa həmişə ona "papai-papai" deyirdi. Qızım indi də telefonla zəng edəndə elə bilir ki, atasını yığıram. Bəzən yuxudan duranda otağın işığını yanılı olduğun görüb düşünür ki, o gəlib, qaça-qaça gəlir görür yoxdu. Bir kişi səsi gələn kimi "papa-papa" deyə gəlir, elə bilir atası gəlib.

Kaş ki, Züleyxa məktəbə gedəndə görəydi. Kaş hər şeyi görəydi. Bizim arzumuz qızımıza təhsil vermək idi.

Tanımadığım insanlar mənə minlərlə mesaj yazdı. Kaş ki, belə olmayaydı. İndi də sübut olundu ki, dostları onun hər şeyidi, həyatında çox böyük rol oynayırlar.

Çox darıxıram, hər gün..."

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.