Şou-biznes

İndi də "Sara xatun"la bağlı qalmaqal yarandı: "Üzündə botoks var" - FOTO

9 Dekabr 2025 22:12
Baxış: 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mehmed: Fetihler Sultanı" serialına yeni sima daxil olacaq.

Milli.Az xəbər verir ki, layihədə "Yeşilçam"ın aktrisası Selma Güneri Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin anası Sara xatun obrazını canlandıracaq.

Serialın treylerində görünən aktrisanın plastik əməliyyat və dolgu etdirdiyi ilə bağlı paylaşımlar ictimaiyyət arasında müzakirələrə səbəb olub. Sosial media istifadəçiləri tarixi layihələrdə estetik müdaxiləli aktyorların rol almasının uyğun olmadığını vurğulayaraq Günerini kəskin tənqid ediblər.

Mövzu ilə bağlı danışan Selma Güneri iddiaları qəti şəkildə rədd edib:

"Üzümdə çox xırda toxunuşlar var, amma heç vaxt plastik əməliyyat və ya dolgu etdirməmişəm. Əgər etsəydim, bunu gizlətməzdim. Yaşıma görə ehtiyac olsa belə, belə bir müdaxilə etməmişəm" .

Mövzu ilə bağlı yazılan şərhlər arasında "Heç kim qüruru ilə yaşamadığı üçün tarixi seriallar botokslu və estetikli insanlarla doludur", "Allah eşqinə, qadının üzündə"- hər şey var. Tarixi seriallarda botokslu aktyor və aktrisalardan istifadə olunmaması qayda kimi qəbul edilməlidir. Serialın bütün atmosferini pozur" kimi fikirlər yer alıb.

Qeyd edək ki, serialın baş rolunu Serkan Çayoğlu canlandırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.