Şou-biznes

"Aydın Xırdalanlının səsində boğuqluq var idi, çətinlik çəkirdi və qışqırırdı"

25 Oktyabr 2024 17:02
Baxış: 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyxanaçı Vüqar Əbdülov gənc meyxanaçıların qışqıra-qışqıra oxumasını tənqid edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "El canlı" verilişində danışıb. O bildirib ki, indi meyxanaçıların hamısı mərhum meyxanaçı Aydın Xırdalanlını təkrarlayır:

"Yoluxublar. Aydın Xırdalanlının səsində boğuqluq var idi, tonallığı tutmaq üçün çətinlik çəkirdi və qışqırırdı. Sözün altında məna olanda emosiaları da gizlədə bilmirsən. Buna da cavanlar yoluxub. Bir müddət insan belə davam edir, ta özünü tapana kimi. Rəşad Dağlı da o məktəbi davam etdirdi. Deyilənə elə cavab verdilər. Təzə gələnlər də ona yoluxublar. Hərə öz yerini alandan sonra yaxşı olacaq. Zorla deyilən sözün də altında məna olmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.