Şou-biznes

"İstəmirəm qızım olsun"

24 Oktyabr 2024 10:31
Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Elvin Abdullayev açıqlaması ilə diqqət çəkib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki,  "Günə bax" proqramında qonaq olan ifaçı qız övladı istəmədiyini deyib. 

"Qız övladım yoxdur və istəmirəm. Hərdən dostlarım deyir ki, yoxdur deyə, qız övladına sevgini hiss etmirəm. Hər zaman oğul övladı istəmişəm. Birinci də, ikinci də oğlum olsun arzulayırdım, oldu da. Oğul övladını böyütmək daha çətindir. İndiki dövrdə çətindir. bütün uşaqlar baş tacımızdır. Oğullarımla nəfəs alıram, dostluq edirəm" deyə, Elvin bildirib. 

Qeyd edək ki, Afət adlı xanımla ailəli olan Elvinin Tuncay və Səid adlı iki oğul övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.